Cümə 29.03.2024

“Sabah” “Səbail”ə qalib gəldi, “Zirə” “Qarabağ”a uduzdu

“Sabah” “Səbail”ə qalib gəldi, “Zirə” “Qarabağ”a uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Son oyun günündə də 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Sabah" autsayder "Səbail"i qəbul edib. "Bank Respublika Arena"dakı görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olub. Son üç oyunda meydan sahibi olan komanda qol vurmamışdı. Son 4 qarşılaşmada qol vuran komanda uduzmamışdı. Bügünkü matçda da belə olub. "Sabah" 3 xalı tək qolla qazanıb.

Tur Zirə İdman Kompleksinin stadionunda başa çatıb. Lider "Qarabağ" heç vaxt məğlub olmadığı "Zirə"nin qonağı olub. Rauf Cabarovun idarə etdiyi qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0.

Azərbaycan Premyer Liqası

XX tur

19 mart (şənbə)

“Sabah” – “Səbail” - 1:0
Qol: K.Sebalyos, 61
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”.

“Zirə” – “Qarabağ” - 0:3
Qollar: R.Şeydayev, 10. K.Borges, 47; 64
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu.