news-details
Xəbərlər

Türkiyə və İtaliya milliləri DÇ-2022-dən kənarda qaldılar

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start verilib. Əvvəlcədən 6 oyunun keçirilməsi planlaşdırılsa da, 4 matç oynanılıb.

A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Rusiyaya texniki məğlubiyyət verildiyi üçün Polşa birbaşa finala vəsiqə qazanıb. Onların həlledici görüşdəki rəqibi Çexiya üzərində 1:0 hesablı qələbə qazanan İsveç seçməsi olub.

B yolunda Şotlandiya - Ukrayna görüşü iyun ayına təxirə salınıb. Bu qrupun yeganə qarşılaşmasında Uels doğma meydanda Avstriya ilə münasibətlərə aydınlıq gətirib. Qaret Beylin dubl etdiyi matçda ev sahibi komanda qələbə qazanıb.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olub və 1:3 hesabı ilə uduzub. Digər qarşılaşmada isə İtaliya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Məğlub olan İtaliya millisi ardıcıl ikinci dəfə dünya çempionatından kənarda qalıb.

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma müəyyənləşəcək.

DÇ-2022, pley-off mərhələsi, yarımfinal

24 mart

A yolu

Uels - Avstriya - 2:1
Qollar: Qaret Beyl, 25; 51 - Ben Devis, 65 (avtoqol)

B yolu

İsveç - Çexiya - 1:0
Qol: Robin Kvayson, 110

C yolu

İtaliya - Şimali Makedoniya - 0:1
Qol: Aleksandar Traykovski, 90+2

Portuqaliya - Türkiyə - 3:1
Qollar: Otavio, 15. Dioqu Jota, 42. Mateus Nunes, 90+4 - Burak Yılmaz, 65

Digər xəbərlər