Cümə 19.04.2024

Azərbaycan millisi Maltaya məğlub oldu

Azərbaycan millisi Maltaya məğlub oldu

Bu gün Azərbaycan millisi 2022-ci ildə ilk oyununu keçirib. Canni De Byazinin çalışdırdığı komanda beynəlxalq yoldaşlıq matçları çərçivəsində səfərdə Malta yığması ilə üz-üzə gəlib.

Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılan qarşılaşmanın taleyini bir qol həll edib. Yurgen Deqabriele vurduğu qolla meydan sahiblərinə qələbə qazandırıb.

Milli komandamız Malta yığması ilə indiyə qədər 8 dəfə qarşılaşmışdı. Bunlardan ilk üçündə məğlub olan futbolçularımız ardıcıl 2-ci görüşdə qalib gəlmişdi. Axırıncı üç oyun isə heç-heçə yekunlaşmışdı.

Azərbaycan millisi martın 29-da eyni arenada Latviya seçməsi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Beynəlxalq yoldaşlıq oyunu

25 mart

Malta - Azərbaycan - 1:0
Qol: Yurgen Deqabriele, 55
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Malta. Ta Qali. Milli Stadion.