Cümə 19.04.2024

U-21 yığmamız seçmə mərhələdə ilk qələbəsini qazandı

U-21 yığmamız seçmə mərhələdə ilk qələbəsini qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Sumqayıtdakı “Kapital Bank Arena”da Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb. U-21-in qollarını 44 və 66-cı dəqiqələrdə Musa Qurbanlı və 88-ci dəqiqədə Abdulla Xaybulayev vurub.

Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.