Cümə 19.04.2024

Canni De Byazi: "Belə oyunlar bizim üçün yaxşı dərs olmalıdır"

Canni De Byazi: "Belə oyunlar bizim üçün yaxşı dərs olmalıdır"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Maltaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis komandasının çıxışından razı qalmadığını bildirib:

"İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Futbolçulardan bu cür oyun gözləmirdim. Oyunumuzdan narazı qaldım. Rəqib bizdən yaxşı oynadı və topa nəzarət edən tərəf oldu. İkinci hissənin əvvəlində fərqlənə bilərdik, amma rəqib bunu bacardı. Çoxlu qollar buraxmağımız məni narahat edir. Onlar əllərindən gələni etməlidilər ki, yaxşı nəticələr qazana bilək.

Dünən demişdim ki, taktiki baxımdan dəyişikliklər ola bilər. İndi edə bilməsək, nə vaxt edəcəyik? Çox narazıyam. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi oyunçulardan daha çox şey gözləyirəm. Çoxlu fərdi səhvlərə yol veririk. Bu da məni narahat edir. Malta təxminən bizimlə eyni səviyyədədir. Belə oyunlar bizim üçün yaxşı dərs olmalıdır. Yaxşı nəticələr qazanmaq üçün daha istəkli olmalıyıq".