Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi Qazaxıstan olub.
C Liqasının 3-cü qrupunda mübarizə aparacaq komandanın adına Qazaxıstan və Moldova yığmaları arasında pley-off mərhələsinin cavab oyunundan sonra aydınlıq gəlib.
İlk görüşdə 1:2 hesabı ilə uduzan moldovalılar ikinci oyunun əsas vaxtında 1:0 üstün olublar. İki matçın nəticəsinə əsasən, heç-heçə qeydə alındığından, əlavə vaxt oynanılıb. Burada da qapılar toxunulmaz qaldığından penaltilər seriyasına ehtiyac yaranıb.
Daha dəqiq oynayan (5:4) Qazaxıstan C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub. Qrupun digər iştirakçıları Slovakiya və Belarusdur.
Millimiz ilk oyununu iyunun 3-də səfərdə məhz Qazaxıstan seçməsinə qarşı keçirəcək.