Cümə axşamı 28.03.2024

"Mançester Siti" evdə, "Liverpul" səfərdə qələbə qazandı

"Mançester Siti" evdə, "Liverpul" səfərdə qələbə qazandı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

İlk oyun günündə iki qarşılaşma keçirilib. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

"Atletiko Madrid" İngiltərədə "Mançester Siti"nin qonağı olub. Rumıniyalı İstvan Kovaçın idarə etdiyi görüşün taleyini bir qol həll edib. Kevin De Brünye 70-ci dəqiqədə vurduğu qolla ingilislərə qələbə qazandırıb.

Gecənin digər matçında "Benfika" Portuqaliyada "Liverpul"la üz-üzə gəlib. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olub. Bu oyunda qapılara 4 qol vurulub. Cütün favoriti "Liverpul" səfərdə 3:1 hesablı qələbə qazanıb.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

"Mançester Siti" (İngiltərə) – "Atletiko Madrid" (İspaniya) - 1:0
Qol: De Brüyne, 70.
Baş hakim: İstvan Kovaç (Rumıniya).

"Benfika" (Portuqaliya) – "Liverpul" (İngiltərə) - 1:3
Qollar: Nunyes, 49 - Konate, 17. Mane, 34. L.Dias, 88.
Baş hakim: Xesus Hil Mansano (İspaniya).