Cümə 19.04.2024

PFL Şamaxıdakı ilk oyunun vaxtını açıqladı

PFL Şamaxıdakı ilk oyunun vaxtını açıqladı

Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli məlum olub.

Tura aprelin 9-da "Şamaxı" - "Neftçi" matçı ilə start veriləcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

9 aprel (şənbə)

14:00. “Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu

17:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”

10 aprel (bazar)

18:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

20:30. “Səbail” – “Qəbələ”
“ASCO Arena”