AFFA-nın Futbol akademiyasının meydançasında Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri üçün təlim keçirilib. UEFA-nın baş fizioterapevti Roman Jahoda tərəfindən təşkil olunan təlimin mövzusu “Zədələrin qarşısının alınması” olub. Təlimə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik rəhbərlik edib.
UEFA-nın baş fizioterapevti azərbaycanlı hakimlər üçün təlim keçib - FOTO
