Çərşənbə axşamı 23.04.2024

Çempionlar Liqası: "Real Madrid" yarımfinalda, "Bayern Münhen" mübarizəni dayandırdı

Çempionlar Liqası: "Real Madrid" yarımfinalda, "Bayern Münhen" mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib. Birinci oyun günündə keçirilən iki matçdan sonra ilk yarımfinalçılar müəyyənləşib.

Nəticəsi maraqla gözlənilən duel Madriddə təşkil edilib. Dramatik məcrada keçən görüşdə "Real" turnirin son qalibi olan "Çelsi"yə uduzsa da, ilk matçdakı qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb. İspaniya nəhəngi son 12 mövsümdə 10-cu dəfə yarımfinalda mübarizə aparacaq.

Gecənin digər qarşılaşması Almaniyada keçirilib. Burada "Bayern Münhen" səfərdə minimal hesabla məğlub olduğu "Vilyarreal"ın müqavimətini qırmağa çalışıb. Hesabı da Münhen təmsilçisi açıb. Amma qonaqlar matçın sonlarında hesabı bərabərləşdirməyi bacarıblar. Yekunda heç-heçə qeydə alınıb və növbəti mərhələyə İspaniya təmsilçisi vəsiqə qazanıb. "Bayern" isə ardıcıl ikinci mövsümdə mübarizəni 1/4 finalda dayandırıb.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

"Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3
Qollar: Rodriqo, 80. Benzema, 96 – Maunt, 15. Rüdiger, 51. Verner, 75.
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1

"Bayern Münhen" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1
Qollar: Levandovski, 52 – Çukvueze, 88.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1