Çərşənbə axşamı 23.04.2024

“Qəbələ” məğlubiyyətdən xilas oldu, “Qarabağ”dan 8 cavabsız qol

“Qəbələ” məğlubiyyətdən xilas oldu, “Qarabağ”dan 8 cavabsız qol

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. İlk oyun günündə iki qarşılaşma təşkil olunub.

Günün ilk matçı Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edib. Son üç oyunda uduzmayan "Qəbələ" matçın başa çatmağına az qalmış məğlubiyyətdən xilas olub - 1:1.

Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Şamaxı" ilə üz-üzə gəlib. Ardıcıl 14 oyundur rəqibinə məğlub olmayan Ağdam təmsilçisi bu dəfə 8 cavabsız qolla qələbə qazanıb.

Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXIII tur

15 aprel (cümə)

“Qəbələ” – “Sumqayıt” - 1:1
Qollar: İ.Alimi, 88 – A.Abdullayev, 17.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

“Qarabağ” – “Şamaxı” - 8:0
Qollar: İ.Vadji, 8; 16; 30. F.Ozobiç, 20; 21. M.Veşoviç, 38. K.Borges, 45+2. M.Qurbanlı, 48
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”