news-details
Xəbərlər

Azərbaycanda VAR sistemi sınaqdan keçirilib - FOTO

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib. Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Dünən ASK Arenada keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub.

Video Köməkçi Hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.

Qeyd edək ki, FIFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.

Digər xəbərlər