Cümə 19.04.2024

“Zirə” “Səbail”ə, “Neftçi” “Sabah”a qalib gəldi

“Zirə” “Səbail”ə, “Neftçi” “Sabah”a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Son oyun günündə keçirilən iki qarşılaşmadan birincisi Zirə İdman Kompleksinin stadionunda təşkil edilib. "Zirə" autsayder "Səbail"lə üz-üzə gəlib. Matçı FIFA referisi Əliyar Ağayev idarə edib. 9 oyundur rəqibinə uduzmayan "Zirə" uğurlu seriyanı bu görüşdə də davam etdirib. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Turun son oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"la qarşılaşıb. Görüşün baş hakimi Kamal Umudlu olub. Qarşılaşmanın taleyini avtoqol həll edib. "Neftçi" "Sabah"a qalib gəlib.

İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.

Azərbaycan Premyer Liqası, XXIII tur

16 aprel (şənbə)

“Zirə” – “Səbail” - 2:1
Qollar: H.Keyta, 32; 34-pen – N.Raysel, 90+4-pen
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.

“Neftçi” – “Sabah” - 1:0
Qol: B.Həsənalızadə, 5 (avtoqol)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”.