Cümə 29.03.2024

"Araz-Naxçıvan" rusiyalı qapıçı transfer etdi

"Araz-Naxçıvan" rusiyalı qapıçı transfer etdi

Yüksək Liqanın lideri “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib. Federasiyanın saytının verdiyi xəbərə görə, klub Dmitri Bondarevlə anlaşıb.

Rusiyalı qapıçı yeni komandasında mövsümün sonuna qədər iştirak edəcək. 1993-cü il təvəllüdlü Bondarev Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk” klubunda çıxış edib. Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib. Qapıçı "Baku Fire" klubu ilə oyunda debüt edəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın əsas qapıçısı Rövşən Hüseynli martda Rusiyanın Superliqasında iştirak edən “Torpedo” klubuna transfer olunub.