Cümə axşamı 28.03.2024

Azərbaycan Kuboku: Zirədə qolsuz heç-heçə, Qəbələdə "Qarabağ" qalib gəldi

Azərbaycan Kuboku: Zirədə qolsuz heç-heçə, Qəbələdə "Qarabağ" qalib gəldi

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Açılış matçı Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olub. Ölkə kubokunda 7-ci dəfə yolları kəsişən komandaların duellərində 4 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ” üstün olub. Son üç matçda ağdamlılar qələbə qazanıb. Uğurlu seriyanı davam etdirən Qurban Qurbanovun komandası budəfəki matçdan da qalib ayrılıb.

Digər görüşdə "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları 1/4 finalda 3 dəfə kəsişib. Əvvəlki duellərdə ilk matçı səfərdə keçirən komanda mərhələ adlayıb. Bugünkü görüşdə isə tərəflərin cəhdlərinə baxmayaraq qapılar toxunulmaz qalıb.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da olacaq.

Azərbaycan Kuboku, yarımfinal

İlk oyunlar

20 aprel (çərşənbə)

"Qəbələ" – "Qarabağ" - 1:3
Qollar: A.Məmmədov, 5 – İ.İbrahimli, 16. İ.Vadji, 87. K.Borges, 90+3-pen.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

"Zirə" – "Neftçi" - 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.