news-details
Xəbərlər

“Qalatasaray” darmadağın oldu, PSJ, “Bavariya” və “Yuventus” 1/8 finalda!

Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub. Daha 4 qrupda oyunlar keçirilib. Belə ki, A, B, C və D qruplarında ümumilikdə 8 görüş baş tutub.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

A qrupu

“Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə) - 6:0
Qollar: Rodriqo, 4; 7; 90+2. S.Ramos, 14-pen. Benzema, 45; 81.

PSJ (Fransa) – “Brügge” (Belçika) - 1:0
Qol: İkardi, 22.

B qrupu

“Bavariya” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) - 2:0
Qollar: Levandovski, 69. Perişiç, 89.

“Srvena Zvezda” (Serbiya) – “Tottenhem” (İngiltərə) - 0:4
Qollar: Lo Çelso, 34. Son, 57; 61. Eriksen, 85

C qrupu

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şaxtyor” (Ukrayna) - 3:3
Qollar: Pektoviç, 25. İvanuşeç, 83. Ademi, 89 - Patrik, 13. Moraeş, 90+3. Tete, 90+7-pen.

“Atalanta” (İtaliya) – “Mançester Siti” (İngiltərə) - 1:1
Qollar: Paşaliç, 49 - Sterlinq, 7.

D qrupu

“Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) - 1:2
Qollar: Mirançuk, 12 - Remzi, 4. D.Kosta, 90+3.

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1
Qollar: Tomas, 41 (avtoqol). Volland, 55 - Morata, 90+4.

Digər xəbərlər