news-details
Xəbərlər

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq.

Bu barədə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlama verib.

Qurum rəsmisi bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq.

Qeyd edək ki, hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru kimi fəaliyyətə başlayacaq.

Digər xəbərlər