Çərşənbə 17.04.2024

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Səbail"ə qalib gəldi

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Səbail"ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib. Turun bütün görüşləri eyni gündə təşkil edilib.

Günün ilk matçında lider "Qarabağ" "Qəbələ"nin qonağı olub. Ağdam təmsilçisi rəqibi üzərində inamlı qələbəyə sevinib.

Günün ikinci oyununda avrokuboklara iddialı "Sabah" "Şamaxı"nı qəbul edib. Bu görüşdə böyükhesablı qalibiyyətə sevinən paytaxt klubu turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Avrokuboklara digər iddialı komanda "Zirə" "Sumqayıt"la üz-üzə gəlib. Son 3 oyunda qalib gələn qəsəbə təmsilçisi yenə sevinən tərəf olub.

"Neftçi" isə eyni hesabla "Səbail"i məğlub edib. "Ağ-qaralar" ardıcıl 8 oyundur qələbə qazanır.

Azərbaycan Premyer Liqası, XXIV tur

24 aprel (bazar)

“Qəbələ” – “Qarabağ” - 0:2
Qollar: İ.Vadji, 6; 14
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu

“Sabah” – “Şamaxı” - 5:1
Qollar: C.L.Mikels, 11; 29. Z.Oçiqava, 25. X.S.Rodriqes, 84. A.İsayev, 89 – F.Santos, 50
Qırmızı vərəqə: F.Flores, 90+2 ("Şamaxı")
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”

“Sumqayıt” – “Zirə” - 0:1
Qol: D.Volkov, 90+1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

“Səbail” – “Neftçi” - 0:1
Qol: T.Bezerra, 71
Qırmızı vərəqə: Ö.Buludov, 47 ("Neftçi")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”