news-details
Xəbərlər

Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"a qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına yekun vurulub. Mərhələnin ikinci matçında "Liverpul" "Vilyarreal" klubunu qəbul edib.

"Enfild" stadionundakı görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

Qeyd edək ki, yarımfinalın ilk oyununda "Real Madrid" İngiltərədə "Mançester Siti"yə 3:4 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

28 aprel

"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:0
Qollar: P.Estupinyan, 53 (avtoqol), S.Mane, 55
Baş hakim: Şimon Marçinyak (Polşa)
Liverpul, "Enfild" stadionu

Digər xəbərlər