news-details
Xəbərlər

"Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçı Şamaxıda olub. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edib. Bölgə təmsilçisi Premyer Liqadakı son 5 görüşdə rəqibinə uduzmayıb. Son üç qarşılaşmada 3 və ya daha çox qol vurulub. Ancaq budəfəki matçda qapılar toxunulmaz qalıb. "Şamaxı" yeni adla ilk xalını qazanıb.

Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Sabah"ı qəbul edib. 58 xala malik olan Ağdam klubuna çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcəkdi ki, bunun da öhdəsindən gəlib. Rəqibinə heç vaxt uduzmayan "Qarabağ" sona 3 tur qalmış 9-cu dəfə ölkə çempionu olub.

Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may

“Şamaxı” – “Səbail” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Şamaxı şəhər stadionu

“Qarabağ” – “Sabah” - 1:1
Qollar: K.Borges, 47 - K.Da Silva, 60
Qırmızı vərəqə: P.Andrade, 59.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı.
“Azersun Arena”

Digər xəbərlər