Cümə 29.03.2024

Uefa Avropa Konfrans Liqasının finalçıları məlum oldu

Uefa Avropa Konfrans Liqasının finalçıları məlum oldu

UEFA Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib və finala vəsiqə qazanan komandalar bəlli olub.

"Roma" İtaliyada "Lester"lə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Temmi Abraham İtaliya klubuna qələbə qazandırıb. Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, "Roma" iki oyunun nəticəsinə əsasən finala yüksəlib.

Günün digər oyununda isə "Feyenoord" Fransada "Marsel"lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçə edərək adını finala yazdırıb.

Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

UEFA Konfrans Liqası, yarımfinal

Cavab oyunları

5 may

"Roma" (İtaliya) - "Lester" (İngiltərə) - 1:0
Qol: Temmi Abraham, 11
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Roma, "Olimpiko" stadionu
İlk oyun - 1:1.

"Marsel" (Fransa) - "Feyenoord" (Niderland) - 0:0
Baş hakim: Sandro Şerer (İsveçrə)
Marsel, "Velodrom" stadionu
İlk oyun - 2:3