Şənbə 20.04.2024

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Uels, noyabrın 19-da isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Qeyd olunmuş oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda, noyabrın 17-dən 19-dək isə Slovakiyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emi Balayev ("Tobol", Qazaxıstan), Mehdi Cənnətov ("Sumqayıt")

Müdafiəçilər: Abbas Hüseynov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Şəhriyar Əliyev ("Sumqayıt"), Anton Krivotsyuk ("Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov ("Aue", Almaniya), Cavid Hüseynov ("Zirə"), Eddi İsrafilov ("Albasete, İspaniya)

Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Vüsal İskəndərli ("Keşlə")