news-details
Xəbərlər

Avropa Liqasında finalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

"Reyncers" doğma meydanda "Leypsiq"lə üz-üzə gəlib. İlk görüşdə səfərdə Almaniya klubuna 0:1 məğlub olan Şotlandiya təmsilçisi 3:1 hesablı qalibiyyətlə finala vəsiqə qazanıb.

Gecənin digər oyununda "Ayntraxt" evdə "Vest Hem"ə minimal hesabla qalib gələrək, finala yüksəlib. Londondakı ilk görüş də Frankfurt təmsilçisinin xeyrinə (2:1) başa çatmışdı.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

5 may

"Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 3:1
Qollar: Ceyms Tavernye, 19. Qlen Kamara, 24. Con Landstrem, 81 - Kristofer Nkunku, 71
Baş hakim: Artur Diaş (Portuqaliya)
Qlazqoda, "Aybroks" stadionu
İlk oyun - 0:1

"Ayntraxt" (Almaniya) - "Vest Hem" (İngiltərə) - 1:0
Qol: Rafael Borre, 26
Qırmızı vərəqə: Aaron Kressuell, 17 ("Vest Hem")
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Frankfurt, "Frankfurtştadion"
İlk oyun - 2:1

Digər xəbərlər