Çərşənbə axşamı 23.04.2024

"Zirə" xal itirdi, "Neftçi" gümüş medalları təmin etdi

"Zirə" xal itirdi, "Neftçi" gümüş medalları təmin etdi

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Açılış oyununda "Sabah" səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 39-a çatdıran "Sabah" 4-cü pilləyə yüksəlib. 15 xalı olan "Səbail" isə "Sumqayıt"la birlikdə 7-8-ci yerləri bölüşdürür.

Günün digər oyununda "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. "Azersun Arena"da təşkil edilən matçda hesab açılmayıb. Ötən tur çempionluğunu rəsmiləşdirən Ağdam klubu bu nəticə ilə xallarını 60-a çatdırıb. Paytaxt klubu isə 43 xalla 3-cü pillədə yer alıb. Bu hesab həmçinin 2-ci pillədə yer alan "Neftçi"nin vaxtından əvvəl gümüş medalları təmin etməsinə səbəb olub.

Azərbaycan Premyer Liqası

26-cı tur

8 may

“Səbail” – “Sabah” - 0:2
Qollar: B.Letiç, 15. L.Rangel, 37.
Matçın 2-ci dəqiqəsində A.İsayev penaltidən yararlana bilməyib.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Bakı. “ASCO Arena”

“Qarabağ” – “Zirə” 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. “Azersun Arena”