Cümə 29.03.2024

"Sumqayıt" 15 turdan sonra qələbə qazandı, "Qəbələ" yenidən 4-cü pillədə

"Sumqayıt" 15 turdan sonra qələbə qazandı, "Qəbələ" yenidən 4-cü pillədə

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub. Sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Sumqayıtın eyniadlı komandası evdə "Şamaxı"nı qəbul edib. "Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Hər iki qolu Əli Qurbani vurub. Bu, "Sumqayıt"ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib.

Turun son matçında "Qəbələ" "Neftçi"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə penaltidən İsnik Alimi vurub.

Azərbaycan Premyer Liqası

26-cı tur

9 may

“Sumqayıt” – “Şamaxı” - 2:0
Qollar: Ə.Qurbani, 31; 78.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Sumqayıt. “Kapital Bank Arena”

“Qəbələ” – “Neftçi” 1:0
Qol: İ.Alimi, 76-pen.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu