news-details
Xəbərlər

"Qarabağ" Qurban Qurbanovla müqavilə müddətini uzatdı

"Qarabağ" baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.

Klubun saytının verdiyi xəbərə görə, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.

Digər xəbərlər