news-details
Xəbərlər

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirində sonuncu - 9-cu turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Qrosmeysterimiz qara fiqurlarla mübarizə aparıb və 36-cı gedişdə heç-heçəyə razılaşıb.

Məmmədyarov I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub, II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, VII turda isə FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.

Məmmədyarov yarışı 3,5 xalla 9-cu pillədə başa vurub. Qalib isə Maksim Vaşye-Laqrav olub. Turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olmuşdu.

Digər xəbərlər