news-details
Xəbərlər

"Qəbələ" qələbə qazandı, "Neftçi" "Keşlə"yə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Tura Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Komandaların ilk dövrədəki duelində qalib müəyyənləşməmişdi – 1:1. Bu dəfə isə bölgə təmsilçisi 3 cavabsız qolla qalib gəlib.

Günün digər oyunu “Keşlə” ilə “Neftçi” arasında baş tutub. Rəqiblər ilk dövrədə heç-heçəyə razılaşmışdılar – 0:0. Bugünkü oyunda isə hesabı "Neftçi" açsa da, iki qol vuran "Keşlə" meydanı əzmkar qələbə ilə tərk edib.

Turun qalan iki oyunu bazar gününə təsadüf edəcək. “Sabah” “Sumqayıt”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XI tur

9 noyabr

“Qəbələ” – “Səbail” - 3:0

Qollar: D. Volkov, 22, 45+2; Ü. İsgəndərli, 90+2

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov.

Qəbələ şəhər stadionu.

“Keşlə” – “Neftçi" - 2:1

Qollar: F.Flores, 63. S.M.Kolli, 82 - D.Gerye, 45+1

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
“ASCO Arena”.

Digər xəbərlər