Çərşənbə 24.04.2024

UEFA Avropa Liqasını "Ayntraxt" qazandı

UEFA Avropa Liqasını "Ayntraxt" qazandı

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulub. Turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gəlib.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edib.

Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq olan "Ayntraxt" futbolçuları Avropa Liqasının qalibi olublar.

UEFA Avropa Liqası, final

18 may

"Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (penaltilər 5:4)
Qollar: Borre, 69 – Aribo, 57.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.