Cümə axşamı 25.04.2024

Azərbaycan Kuboku: final oyunu üçün təyinatlar açıqlandı

Azərbaycan Kuboku: final oyunu üçün təyinatlar açıqlandı

"Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb.

Mayın 27-də Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma FIFA referisi Elçin Məsiyevə həvalə olunub.

Saat 19:00-da başlanacaq oyun "CBC Sport"la canlı yayımlanacaq.

27 may (cümə)

19:00. “Qarabağ” – “Zirə”
Qəbələ şəhər stadionu
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Hakim-inspektor: Frits Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov