Cümə 29.03.2024

Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırıldı

Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırıldı

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları müəyyənləşib. Bakıdakı qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Dəniz Aytəkin olacaq. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.

Hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə Mark Bos (Hollandiya) olacaq.

Qeyd edək ki, noyabrın 16-da təşkil ediləcək Azərbaycan - Uels qarşılaşması "Bakcell Arena"da keçiriləcək və "CBC Sport"la canlı yayımlanacaq.