Cümə 29.03.2024

Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan kubokunun püşkü atıldı

Bu gün Azərbaycan kubokunda 2019-20 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə Premyer Liqada iştirak edən 8 klubla yanaşı, I divizionun 4 komandası - “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” təmsil olunub.

Komandalar reytinqə əsasən 3 səbətə bölünüb. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5-8-ci yerlərdə başa vuran "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələ bir matçdan ibarət olacaq və dekabrın 4-də keçiriləcək.

Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab matçları 19-20 dekabrda olacaq.

Təsnifat mərhələsi: "Sabah" - "Ağsu", "Zirə" - "Qaradağ Lökbatan", "Sumqayıt - "Zaqatala", "Keşlə" - "Kəpəz".

1/4 final: "Qəbələ" - "Sabah"/"Ağsu", "Səbail" - Zirə"/"Qaradağ Lökbatan", "Neftçi" - "Sumqayıt"/"Zaqatala", "Qarabağ" - "Keşlə"/"Kəpəz"

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə "Qəbələ" qazanıb.

Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun püşkü atıldı