Cümə 29.03.2024

Millimiz Lixtenşteynə qalib gəldi

Millimiz Lixtenşteynə qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Milan Obradoviçin çalışdırdığı komanda doğma meydanda Lixtenşteyn yığması ilə qarşılaşıb.

Millimiz seçmə mərhələnin ilk turunda səfərdə məhz Lixtenşteynlə qarşılaşmış və 0:1 hesabıyla məğlub olmuşdu.

Sumqayıtda keçirilən bu oyunun da taleyini bir qol həll edib. Millimiz minimal hesabla qalib gəlməklə turnir cədvəlində Slovakiyanı qabaqlayıb.

AÇ-2021-in seçmə mərhələsi

2-ci qrup

14 noyabr

Azərbaycan - Lixtenşteyn - 1:0

Qol: B.Ekincier, 65

Baş hakim: Lukas Sotirius (Kipr)

Sumqayıt. “Sumqayıt Arena”