Çərşənbə 24.04.2024

Türkiyə, Fransa, İngiltərə və Çexiya AVRO-2020-də!

Türkiyə, Fransa, İngiltərə və Çexiya AVRO-2020-də!

AVRO-2020-nin seçmə mərhələsində IX tura start verilib. A, B və H qruplarında oyunlar keçirilib. Təşkil olunan 7 matç final mərhələsinə 4 vəsiqənin taleyini həll edib.

AVRO-2020-nin seçmə mərhələsi

IX tur

14 noyabr

A qrupu

İngiltərə - Monteneqro - 7:0
Qollar: O.Çemberleyn, 11. H.Keyn, 19; 24; 37. Reşford, 30. Sofranaç, 66 (avtoqol). T.Abraham, 84.

Çexiya – Kosovo - 2:1
Qollar: Kral, 71. Çelustka, 79 – Nuhiu, 50.

B qrupu

Serbiya – Lüksemburq - 3:2
Qollar: Mitroviç, 11; 43. Radonyiç, 70 – Rodriqes, 54. Turpel, 75.

Portuqaliya – Litva - 6:0
Qollar: Ronaldo, 7-pen; 22; 65. Pitsi, 52. Pasiensiya, 56. B.Silva, 63.

H qrupu

Türkiyə - İslandiya - 0:0

Fransa – Moldova - 2:1
Qollar: Varan, 35. Jiru, 79-pen – Rata, 9.

Albaniya – Andorra - 2:2
Qollar: Balay, 6. Manay, 55 – Martines, 18; 48.