news-details
Xəbərlər

Rayan Giqqz: "Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik"

Uels yığmasının baş məşqçisi Rayan Giqqz Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl fikirlərini bildirib. “Bakcell Arena”nın konfrans zalında keçirilən mətbuat konfransında təcrübəli çalışdırıcı zədəsini yenicə sağaldan Qaret Beylin sabah meydana çıxa biləcəyini söyləyib:

“Bakıda olmaqdan məmnunluq hissi duyuram. Az müddət olsa da, burda xoş vaxt keçirəcəyimi düşünürəm. Düzdü, sabah bizi çətin oyun gözləyir. Bizim kimi, meydan sahibləri də qalib gəlməyə çalışacaq. Biz də burdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. İntizamlı futbol oynamaq bizim üçün çox vacibdi.

Klubdan gəldikdən sonra futbolçuların məşq etməyə çox vaxtları olmadı. Bu səbəbdən ilk günlərdə bir qədər çətinlik oldu. Ancaq düşünürəm ki, onlar peşəkardılar və sabah meydanda verilən tapşırıqları yerinə yetirə biləcəklər.

Azərbaycana qarşı futbolçu kimi çıxış etmişəm. Sabah isə məşqçi kimi texniki zonada yer alacam. Yenə həyəcanla matçı gözləyirəm”.

Digər xəbərlər