Cümə 26.04.2024

İsveç və Finlandiya milliləri də AVRO-2020-də!

İsveç və Finlandiya milliləri də AVRO-2020-də!

2020-il Avropa Çempionatının seçmə mərhələsində 9-cu turun oyunları keçirilir. J, F və D qruplarında ümumilikdə 8 qarşılaşma təşkil olunub.

J qrupunda İtaliya Bosniya Herseqovinanı səfərdə darmadağın edərək, qrupdakı 9-cu matçından da qalib ayrılıb. Bu qrupdan digər vəsiqəyə tarixində ilk dəfə Finlandiya sahib çıxıb. Skandinaviya təmsilçisi Lixtenşteynə 3:0 hesabı ilə qalib gələrək qrup ikincisi olub.

F qrupunda mərhələni öncədən təmin etmiş İspaniya Maltanın qapısından 7 top keçirib. Norveç Farar adalarına 4:0 hesabı ilə qalib gəlsə də qrupda qalıb. Əvəzində səfərdə Rumıniyaya qalib gələn İsveç yığması qrup ikincisi kimi AVRO-2020-yə yüksəlib.

D qrupunda Danimarka Cəbəllütariqi 5:0 hesabı ilə məğlub etsə də, İsveçrə Gürcüstana minimal hesabla qalib gəlib. Lakin bu qələbələrdən sonra da onlar mərhələni təmin edə bilməyiblər. Qrupda ilk 2 pillənin sahibi son turun görüşlərindən sonra müəyyənləşəcək.

AVRO-2020-nin seçmə mərhələsi
15 noyabr

J qrupu

Ermənistan – Yunanıstan - 0:1
Qol: Lumnios, 34.

Finlandiya – Lixtenşteyn - 3:0
Qollar: Tuominen, 21. Pukki, 64-pen; 75.

Bosniya Herseqovina – İtaliya - 0:3
Qollar: Açerbi, 21. İnsinye, 37. Belotti, 53.

F qrupu

Norveç – Farer adaları - 4:0
Qollar: Reqiniussen, 4. Fossum, 8. Sorlot, 62; 65.

Rumıniya – İsveç - 0:2
Qollar: Berq, 18. Kayson, 34.

İspaniya – Malta - 7:0
Qollar: Morata, 23. Kasorla, 41. Torres, 62. Sarabia, 63. Olmo, 69. Moreno, 71. Navas, 85.

D qrupu

İsveçrə – Gürcüstan - 1:0
Qol: İtten, 77.

Danimarka – Cəbəllütariq - 6:0
Qollar: Skov, 12; 64. Qyutkyer, 47. Breyveyt, 51. Eriksen, 85; 90+4.