Cümə axşamı 25.04.2024

Millimiz Uelsə uduzdu

Millimiz Uelsə uduzdu

Azərbaycan milli komandası bu gün AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Nikola Yurçeviçin çalışdırdığı komanda “Bakcell Arena”da Uels yığmasını qəbul edib.

Bu, iki komanda arasında 8-ci qarşılaşma olub. Əvvəlki görüşlərin yalnız 1-də - 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə etməyi bacarmışdı - 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanmışdı.

Budəfəki dueldən də qalib ayrılan tərəf uelslilər olub. Millimiz doğma meydanda iki cavabsız qola üzülüb.

AVRO-2020, Seçmə mərhələ, E qrupu

16 noyabr

Azərbaycan – Uels - 0:2

Qollar: K.Mur, 10. H.Uilson, 34

Baş hakim: Deniz Aytekin

Yan xətt hakimləri: Eduard Beytinger və Rafael Foltın

Dördüncü hakim: Kristian Dingert (hamısı Almaniya)

Bakı, “Bakcell Arena”