Cümə 29.03.2024

Daha 4 milli AVRO-2020-yə vəsiqə qazandı

Daha 4 milli AVRO-2020-yə vəsiqə qazandı

AVRO-2020-nin seçmə mərhələsində 9-cu tura yekun vurulub. Azərbaycan milli komandasının yer aldığı E qrupunun digər oyununda Xorvatiya ilə Slovakiya münasibətlərinə aydınlıq gətirib. Əzmkar qələbə qazanan xorvatlar qitə çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. G qrupunda Avstriya, C qrupunda isə Almaniya və Niderland final mərhələsinə yüksələn komandalar olublar.

AVRO-2020-nin seçmə mərhələsi
16 noyabr

I qrupu

Kipr – Şotlandiya - 1:2
Qollar: Efrem, 47 – Kristie, 12. Makqinn, 53.

Rusiya – Belçika - 1:4
Qollar: Cikiya, 79 – T.Hazard, 19. E.Hazard, 33; 40. Lukaku, 72.

San Marino – Qazaxıstan - 1:3
Qollar: Bernardi, 77 – Zaynutdinov, 6. Suyumbayev, 22. Şçetkin, 26.

E qrupu

Azərbaycan – Uels - 0:2
Qollar: Mur, 10. H.Uilson, 34.

Xorvatiya – Slovakiya - 3:1
Qollar: Vlaşiç, 56. Pektoviç, 60. Perişiç, 74 – Bojenik, 32.

G qrupu

Sloveniya – Latviya - 1:0
Qol: Tarasov, 53 (avtoqol)

Avstriya – Şimali Makedoniya - 2:1
Qollar: Alaba, 7. Layner, 48 – Stoyanovski, 90+3.

İsrail – Polşa = 1:2
Qollar: Dabbur, 88 – Krixovyak, 4. Piontek, 54.

C qrupu

Almaniya – Belarus - 4:0
Qollar: Ginter, 41. Qoretska, 49. Kroos, 55; 83.

Şimali İrlandiya – Hollandiya - 0:0