Çərşənbə axşamı 19.03.2024

Millimiz seçmə mərhələni 1 xalla başa vurdu

Millimiz seçmə mərhələni 1 xalla başa vurdu

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda son turda səfərdə Slovakiya yığması ilə üz-üzə gəlib.

E qrupunda yer alan millimiz 1 xalla sonuncu idi. 10 xalla 4-cü pillədə qərarlaşan slovaklar isə AVRO-2020-yə vəsiqə qazanmaq şanslarını saxlayırdılar. Rəqib bu görüşdə qalib gəlsə də, final mərhələsinə vəsiqə qazana bilməyib.

Qrupun digər oyununda Uels və Macarıstan yığmaları qarşılaşıb. İnamlı qələbəyə sevinən uelslilər lider Xorvatiyanın ardından ikinci yerlə AVRO-2020-yə vəsiqə qazanıblar - 2:0.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu

19 noyabr

Slovakiya - Azərbaycan - 2:0

Qollar: R.Bojenik, 19. M.Hamşik, 86

Baş hakim: Sergey Boyko (Ukrayna)

Trnava. Anton Malatinski adına stadion