Çərşənbə axşamı 19.03.2024

Gənclər millimiz Ukrayna ilə bərabərə qaldı

Gənclər millimiz Ukrayna ilə bərabərə qaldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib. Milan Obradoviçin çalışdırdığı yığma doğma meydanda Ukraynanın gənclərdən ibarət kollektivi ilə üz-üzə gəlib.

“Dalğa Arena”da təşkil olunan oyunun ilk hissəsində qapılar toxunulmaz qalıb. İkinci yarının əvvəlində millimiz hesabı açsa da, üstünlüyünü sonadək qoruya bilməyib. Qarşılaşma bərabərlik yekunlaşıb.

Yoxlama oyunu

19 noyabr

Azərbaycan – Ukrayna - 1:1

Qollar: Ozan Can Kökcü, 48 - Nazari Rusin, 65

Baş hakim: Orxan Məmmədov

Bakı. “Dalğa Arena”.