Çərşənbə axşamı 19.03.2024

AVRO-2020: Pley-offun püşkü atıldı

AVRO-2020: Pley-offun püşkü atıldı

Bu gün AVRO-2020-nin pley-off mərhələsinin püşkü atılıb. Mərasimdə final mərhələsinə son 4 vəsiqəyə iddia edən 16 yığmanın taleyi müəyyənləşib.

Pley-offda yolu və rəqibi bilinməyən 4 yığmanın kiminlə və harda üz-üzə gələcəyi dəqiqləşib.

C yolunda Şotlandiyanın rəqibi püşkdən sonra müəyyənləşib. Bu, İsrail yığmasıdır. Macarıstan, Rumıniya və Bolqarıstan isə A yolunda mübarizə aparacaq.

Həmçinin hansı cütlərin finalda ev sahibi olacağı bilinib.

Yarımfinallar gələn il martın 26-da, final matçları isə martın 31-də keçiriləcək. Qrup qalibləri AVRO-2020-də iştirak hüququ əldə edəcək.

A yolu

Yarımmfinal

1. İslandiya – Rumıniya

2. Bolqarıstan – Macarıstan

Final

2-ci cütün qalibi – 1-ci cütün qalibi

B yolu

Yarımfinal

1. Bosniya və Herseqovina – Şimali İrlandiya

2. Slovakiya – İrlandiya

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

C yolu

Yarımfinal

1. Şotlandiya – İsrail

2. Norveç – Serbiya

Final

2-ci cütün qalibi – 1-ci cütün qalibi

D yolu

Yarımfinal

1. Gürcüstan – Belarus

2. Şimali Makedoniya - Kosovo

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi