Şənbə 20.04.2024

"Sabah"dan əzmkar qələbə

"Sabah"dan əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. "Səbail" "ASCO Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirib.

İlk dövrədəki matç "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Komandalar arasında son iki matçda "Səbail" 3 top buraxıb və xal qazanmamışdı. Budəfəki görüşdə də "Sabah" komandası 3 xalı 3 qolla qazanıb.

Qeyd edək ki, 12-ci turun ilk oyununda “Sumqayıt” “Qarabağ”ı 2:1 hesablı məğlubiyyətlə yola salıb. Tura sabah keçiriləcək "Neftçi" "Qəbələ" və "Zirə" - "Keşlə" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XII tur

23 noyabr

“Səbail” – “Sabah” - 1:3

Qollar: Məqsəd İsayev, 76 (avtoqol) - Ulisse Diallo, 88, 90; Hendrik Ekşteyn, 90+7

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov

“ASCO Arena”