Cümə 19.04.2024

"Sabah"ın yeni baş məşqçisi açıqlandı

"Sabah"ın yeni baş məşqçisi açıqlandı

“Sabah” klubunun yeni baş məşqçisi bəlli olub. Klubun saytının verdiyi xəbərə görə, komandanı bundan sonra xorvat mütəxəssis Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb.

Çalışdırıcı futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiva”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.

Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis, daha sonra Xorvatiyanın “Rudes” (2012/15) və “Dinamo Zaqreb B” (2015/16) klublarında baş məşqçi, “Dinamo Zaqreb”in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”unda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib.

“Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).

31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub.

Xatırladaq ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.