Cümə axşamı 25.04.2024

Çempionlar Liqası: V turun ilk oyun günündə qeydə alınan nəticələr

Çempionlar Liqası: V turun ilk oyun günündə qeydə alınan nəticələr

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib. İlk oyun günündə A, B, C və D qruplarındakı komandalar qarşılaşıblar.

Keçirilən qarşılaşmaların ardından 1/8 finala yüksələnlərin sayı 6-ya çatıb. Bu turadək Fransanın PSJ, Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları bu hüquqa yiyələnmişdi.

Gecənin oyunlarından sonra siyahıya İspaniyanın "Real Madrid", eləcə də İngiltərənin "Tottenhem" və "Mançester Siti" komandaları da əlavə olunub.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 noyabr

A qrupu

“Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika) - 1:1

Qollar: A.Böyük, 11 - Diatta, 90+2.

“Real” (İspaniya) – PSJ (Fransa) - 2:2

Qollar: Benzema, 17; 79 – Mbappe, 81; Sarabia, 83.

B qrupu

“Srvena Zvezda” (Serbiya) – “Bayern Münhen” (Almaniya) - 0:6

Qollar: Qoretska, 14. Levandovski, 53; 60; 64; 68. Tolisso, 90.

“Tottenhem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 4:2

Qollar: D.Alli, 45+1. H.Keyn, 50; 77. Orye, 73 – El Arabi, 6; Semedo, 19.

C qrupu

“Atalanta” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: Muriel, 27. A.Qomes, 47.

“Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 1:1

Qollar: İ.Gündoğan, 56 – Solomon, 69.

D qrupu

“Lokomotiv” (Moskva, Rusiya) - “Bayer” (Almaniya) - 0:2

Qollar: Cemaletdinov, 11 (avtoqol). Bender, 54.

“Yuventus” (İtaliya) – “Atletiko” (İspaniya) - 1:0

Qollar: Dibala, 45+2.