Şənbə 20.04.2024

"Liverpul" "Napoli" ilə heç-heçə etdi, "Barselona"dan inamlı qələbə

"Liverpul" "Napoli" ilə heç-heçə etdi, "Barselona"dan inamlı qələbə

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub. İkinci oyun günündə E, F, G və H qruplarındakı komandalar qarşılaşıblar.

Görüşlərin yekununda İspaniyanın "Barselona" və Almaniyanın "Leyptsiq" komandaları 1/8 finala vəsiqəni təmin ediblər. Daha öncə İngiltərənin "Mançester Siti" və "Tottenhem", İspaniyanın "Real Madrid", İtaliyanın "Yuventus", Almaniyanın "Bayern Münhen", Fransanın PSJ klubları bu hüquqa yiyələnib.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

27 noyabr

E qrupu

“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) - 1:1
Qollar
: Lovren, 65 – Mertens, 21.

“Genk” (Belçika) - “Zalsburq” (Avstriya) - 1:4
Qollar
: Samata, 85 – Daka, 43. Minamino, 45. Çan, 69. Haaland 87

F qrupu

“Barselona” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar
: L.Suares, 29. Messi, 33. Qrizmann, 67 – Sanço, 77.

“Slaviya” (Çexiya) – “İnter” (İtaliya) - 1:3
Qollar
: Souçek, 37-pen – Martines, 19; 88. Lukaku, 81

G qrupu

“Zenit” (Rusiya) - “Lion” (Fransa) - 2:0
Qollar
: Dzyuba, 42. Ozdoyev, 84.

“Leypsiq” (Almaniya) – “Benfika” (Portuqaliya) - 2:2
Qollar
: Forsberq, 89-pen; 90+6 – Pitsi, 20. Vinisius, 59

H qrupu

“Valensiya” (İspaniya) - “Çelsi” (İngiltərə) - 2:2
Qollar
: Soler, 40. Vass, 82 – Kovaçiç, 41. Pulişiç, 50.

“Lill” (Fransa) – “Ayaks” (Hollandiya) - 0:2
Qollar
: Ziyex, 2. Promes, 59.