Cümə axşamı 25.04.2024

“Qarabağ”ın qrupda qalması dəqiqləşdi

“Qarabağ”ın qrupda qalması dəqiqləşdi

Bu gecə Uefa Avropa Liqasında V turun görüşləri keçirilib. Turnirdəki yeganə təmsilçimiz "Qarabağ" İspaniyada "Sevilya" ilə üz-üzə gəlib.

A qrupunda 1-ci yeri təmin edən La Liqa təmsilçisi üçün qarşılaşma formal xarakter daşıyırdı. Ancaq "Qarabağ"ın taleyi məhz bu matçdan asılı ola bilərdi.

APOEL-lə "Qarabağ"ın hərəyə 4 xalı olsa da, şəxsi oyunlardakı üstünlüyə görə Nikosiya təmsilçisi Ağdam klubunu qabaqlayır. Bu da o deməkdir ki, "Qarabağ" "Sevilya"ya uduzsa və APOEL Lüksemburq səfərində qalib gəlsəydi, təmsilçimiz qrupdan çıxmaq şansını itirəcəkdi.

Təəssüf ki, Kipr klubu "Düdelanj" səfərindən qalib dönüb - 2:0. "Qarabağ" isə "Sevilya"ya uduzmaqla böyük fürsəti əldən verib.

Avropa Liqası

Qrup mərhələsi, V tur

A qrupu

28 noyabr

“Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) - 2:0

Qollar: Brayan Xil, 61. Munas Dabbur, 90+2

Hakimlər: Mohammed Əl-Hakim, Fredrik Kliver, Mahbod Beigi, Martin Stromberqsson (hamısı İsveç)

Sevilya. "Ramon Sançes Pisxuan" stadionu