Şənbə 27.04.2024

"Neftçi" "Səbail"lə bacarmadı

"Neftçi" "Səbail"lə bacarmadı

Azərbaycan Premyer Liqasında XIII turun oyunları davam edir. Bu gün daha bir qarşılaşma keçirilib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Neftçi” “Səbail”lə üz-üzə gəlib. İlk dövrədə rəqibinə 2:1 hesabıyla qalib gəlmiş “ağ-qaralar” bu oyunda da qalib gəlməklə mövqeyini qorumağa çalışıb. “Səbail” isə uğursuz gedişata son qoymaq üçün meydana çıxıb. Tərəflərin səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb. Halbuki, "Səbail"in matçın sonlarında fərqlənmək üçün çox gözəl şansı da olub. Amma Ağabala Ramazanov özü qazandığı penaltini boşa verib.

Xatırladaq ki, ilk oyun günündə “Keşlə” “Sumqayıt”a (2:1), “Qəbələ” isə “Zirə”yə (3:0) qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIII tur

1 dekabr

“Səbail” – “Neftçi” - 0:0

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.

“ASCO Arena”