Cümə 26.04.2024

"Qarabağ" "Sabah"a qalib gəldi

"Qarabağ" "Sabah"a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Sonuncu görüş günündə bir qarşılaşma keçirilib.

Lider “Qarabağ” səfərdə “Sabah”la üz-üzə gəlib. Meydan sahibləri yeni baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ilk oyununa çıxıb. "Sabah" qələbə qazansa, xallarını 16-ya çatdıracaq və 5-ci pilləyə yüksələcəkdi. Ancaq buna nail ola bilməyiblər.

Matçın taleyini bir qol həll edib. Abdullah Zubir "Qarabağ"a qələbə qazandırıb.

Xatırladaq ki, turun digər oyunlarında “Keşlə” “Sumqayıt”a (2:1), “Qəbələ” “Zirə” (3:0) qalib gəlib, “Səbail” – “Neftçi” matçında isə qalib müəyyənləşməyib - 0:0.

Azərbaycan Premyer Liqası

XIII tur

2 dekabr

“Sabah” – “Qarabağ” - 0:1

Qol: A.Zubir, 74.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.

Masazır. “Bank Respublika Arena”