Cümə axşamı 25.04.2024

APL: mövsümün ilk yarısına yekun vuruldu

APL: mövsümün ilk yarısına yekun vuruldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısına yekun vurulub. XIV turun sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

Eyni saatda başlayan görüşlərdə “Zirə” “Səbail”i məğlub edib, “Sumqayıt” “Qəbələ” ilə bərabərə qalıb. Günün son matçı "Bank Respublika Arena"da "Sabah" və "Neftçi" arasında keçirilib. "Ağ-qaralar" 2 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, bu turun açılış oyununda “Qarabağ” “Keşlə” ilə heç-heçəyə razılaşmışdı – 2:2.

Azərbaycan Premyer Liqası

XIV tur

8 dekabr

“Zirə” – “Səbail” - 4:1

Qollar: N.Süleymanov, 5; 20. A.Skarlatake, 60. T.Mütəllimov, 89 - E.D.Silva, 78

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev

Zirə İdman Kompleksinin stadionu

“Sumqayıt” – “Qəbələ” - 1:1

Qollar: P.Babayi, 31-pen - F.Lopes, 23.

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov

Sumqayıt. “Kapital Bank Arena”

“Sabah” – “Neftçi” - 0:2

Qollar: A.Krivotsyuk, 45+2. S.Monroz, 90+2.

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Masazır. “Bank Respublika Arena”