• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

"Qarabağ" - "Düdelanj" matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Düdelanj" görüşünün hakimləri müəyyənləşib. Qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçda ədalət təmsilçisi Kristo Tohver olacaq. Ona Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Juri Frişer yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 21:55-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər